“Bu cür hərəkətlər həm də özünümüdafiə kimi təsnif edilməlidir ki, bu da beynəlxalq hüquqa uyğundur”
Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərini Ukraynanın Rusiya ərazisində Qərb silahlarından istifadə etməsinə icazə verməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bunun üçün o, dövlətlərdən Kiyevə uzaqmənzilli silahlardan yalnız “qanuni özünümüdafiə” üçün istifadə etmək hüququ verən məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
Sikorski bu təkliflə iyulun 22-də Brüsseldə Xarici Əlaqələr Şurasının (FAC) aylıq iclasında çıxış edib.
Onun əsas arqumenti ondan ibarətdir ki, Ukrayna uzaqmənzilli silahlar sayəsində hələ düşmən ərazisində qanadlı raketlər atan qırıcıları məhv etməklə və onların havaya qalxdığı aerodromlara hücum etməklə Rusiyanın zərbələrinin qarşısını ala biləcək.
Polşa XİN rəhbərinin sözlərinə görə, bu cür hərəkətlər həm də özünümüdafiə kimi təsnif edilməlidir ki, bu da beynəlxalq hüquqa uyğundur.