Vaqif Əlixanlı vəfat edib

Xəbərlər

15.10.2024 - 13:14

cedabet dərman SEO Xidməti

81 yaşlı ədib ötən gün dünyasını dəyişib

Dramaturq, tərcüməçi və jurnalist Vaqif Əlixanlı vəfat edib. AYNA xəbər verir ki, 81 yaşlı ədib ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Space”, ABBA, “Lider” və  ANS TV-də baş redaktor vəzifəsində çalışıb.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.

Vaqif Əlixanov (Əlixanlı) 13 oktyabr 1943-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub.

Əlixanlı orta təhsilini 1949-1959-cu illərdə Yerfi kəndində almışdır. Bundan sonra o, iki il kolxozda çalışmışdır. Dramaturq 1959 (1961) -1964-cü (1967) illərdə indiki BDU-nun kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib.

O, 1968-1971-ci illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor, 1971-1976-cı illərdə isə orada baş redaktor kimi çalışıb.

Vaqif Əlixanlı 1976-1979-cu illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor əvəzi kimi çalışıb. Əlixanlı Quba xanı Fətəli xanın nəslindən olduğuna görə onu yüksək vəzifəyə təsdiq etmirdilər. 1979-cu ildə o, ssenari-redaksiya heyətinin üzvü, 1979-1981-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi teatr və musiqi mutəxəssisləri idarəsinin baş redaktoru olub.

O, ədəbi fəaliyyətə 1968-ci ildən “Bulaq” radio verilişinə yazdığı etnoqrafik hekayələr və “İncəsənət” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri ilə başlamışdır. Əlixanlı “Bulaq” verilişinə görə 1972-ci ildə “Qızıl qələm” mükafatını alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş