Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

07.03.2022 - 17:10

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya qeydə alınmayıb. 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 5 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da qeydə alınmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 159 756, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə 4 795 324 nəfər təşkil edir. Ümumilikdə 2 842 070 buster doza vurulub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 213 590 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş