Ustanın ölümü ilə bağlı cinayət işi başlanıb

Hadisə

04.09.2020 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Gəncə Şəhər Prokurorluğu məlumat yayıb

 

Gəncədə inşa olunan binanın 6-cı mərtəbəsindən yıxılan ustanın ölümü ilə bağlı cinayət işi başlanıb. AYNA xəbər verir ki, bununla bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

 

Sentyabrın 3-də saat 15 radələrində Gəncə şəhəri ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, 1991-ci il təvəllüdlü Azər Yusifov şəhərin Azərbaycan bayrağı küçəsində “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş