ÜST daha bir epidemiya ilə bağlı xəbərdarlıq edir

Xəbərlər

14.04.2020 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırma xəstəliyinə rast gəlinib

 

Cənubi Sudanda sarı qızdırma epidemiyası alovlana bilər. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırma xəstəliyinə rast gəlinib.

 

ÜST-ün açıqlamasına görə, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə rəvac verə bilər.

 

Qeyd edək ki, Afrika və Amerika qitələrində 1647-ci ildən məlum olan sarı qızdırma xəstəliyinə hər il 200 minədək insan yoluxur. ÜST-ün məlumatına görə, onlardan 30 mini həyatını itirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş