Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə edilmir

Dünya

16.12.2025 - 21:35

“Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq müzakirə edilmir və bu vəziyyətdə Avropa İttifaqı ölkəyə güclü təhlükəsizlik zəmanətləri verməlidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. 

O bu barədə Aİ xarici siyasət idarələrinin rəhbərləri ilə görüş zamanı açıqlama verib:

“NATO-ya üzvlük məsələsi artıq müzakirə olunmadığından Avropa İttifaqı Ukraynaya sadəcə hansısa bir kağız parçası deyil, həqiqətən ciddi təhlükəsizlik zəmanətləri təqdim etməlidir. Bunlar real hərbi imkanlar və qoşun kontingentləri olmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş