Rəqəmsal transformasiya naziri Mixaylo Fedorov da istefa verib
Ukraynanın müdafiə naziri Denis Şmıqal və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov istefa veriblər. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk parlamentin bu istefaları qısa müddətdə nəzərdən keçirəcəyini açıqlayıb.
Denis Şmıqal 2025-ci ilin iyul ayından müdafiə naziri vəzifəsində çalışıb və bundan əvvəl Ukrayna hökumətinə beş ildən bir qədər çox rəhbərlik edib. Yanvarın əvvəlində Prezident Volodimir Zelenski Şmıqala energetika naziri və Baş nazirin birinci müavini vəzifələrini təklif etdiyini açıqlayıb.
Zelenski həmçinin müdafiə naziri vəzifəsini Mixaylo Fedorova təklif edib. O 2019-cu ildən bəri Baş nazirin müavini və rəqəmsal transformasiya naziri vəzifələrində işləyir.