Stanislav Qayder, Aleksandr Sergey, Yuri Ciqir və Lyudmila Daraqanın istefası ilə bağlı qərar Nazirlər Kabinetinə təqdim olunacaq
Ukraynanın müdafiə naziri Rustem Umerov səkkiz müavinindən dördünün işdən çıxarıldığını açıqlayıb. AYNA xəbər verir ki, b u barədə nazir “Facebook” səhifəsində yazıb.
Umerov qeyd edib ki, Stanislav Qayder, Aleksandr Sergey, Yuri Ciqir və Lyudmila Daraqanın istefası ilə bağlı qərar Nazirlər Kabinetinə təqdim olunacaq.
Onun sözlərinə görə, Qayder müdafiə nazirinin aparat rəhbəri postuna keçəcək.
Müdafiə Nazirliyinin rəhbəri kadr dəyişikliyi ilə bağlı qərarını müharibə dövrünün tələbləri ilə izah edib: “Bütün proseslər aydın və nəzarət altında olmalıdır. Onlara hər hansı xarici və ya daxili təsir cəhdləri qəbuledilməzdir”.
Eyni zamanda, Umerov müdafiə təchizatı sistemində islahatların aparıldığını və “Spestexnoeksport” dövlət müəssisəsinin Baş Kəşfiyyat İdarəsindən Müdafiə Nazirliyinin tabeliyinə verildiyini açıqlayıb: “Mən hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə orqanları ilə sıx əməkdaşlıq şəraitində satınalma sisteminin təmizlənməsi prosesini başa çatdırmağı qarşıma vəzifə qoymuşam”.
Bundan əlavə, nazir NATO standartlarına yaxınlaşma çərçivəsində Müdafiə Təchizatları Agentliyi və Dövlət Logistika Operatorundaislahat prosesinin davam etdirilməsinə diqqət çəkib: “Yaxın vaxtlarda hər iki struktur üçün müşahidə şuraları yaradılacaq”.