Ukraynadakı “sevgi böhranı”

Dünya

05.08.2024 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Səfərbərlik səbəbindən ukraynalı qadınlar münasibətlər qurmaq üçün kişilərdən məhrum olublar

Ümumi səfərbərliyə görə, ukraynalı qadınlar tanışlıq və münasibətlər qurmaq üçün kişilərdən məhrum olmağa başlayıblar. AYNA xəbər verir ki, “The New York Times” (NYT) bu halı Ukraynada "sevgi böhranı" adlandırıb.

ABŞ nəşri qeyd edir ki, səfərbərlik tədbirləri nəticəsində Ukraynada kişi əhalinin sayı xeyli azalıb. Bir çox kişi cəbhədədir və ya ölkədən gedib.

Nəşrdə psixoterapevt Marqarita Ştelmaşova sitat gətirilir: "Beləliklə, münasibətə hazır olan və bunu istəyən kişilərin kiçik bir faizi ölkədə qalıb".

Əvvəllər məlum olub ki, ukraynalılar uşaqları onların səfərbər olacağından qorxaraq xaricə göndərməyə başlayıblar. Nikolayev müqavimətinin koordinatoru Sergey Lebedevin sözlərinə görə, bu, səfərbərlik yaşının 18 yaşa endirilməsi qorxusu ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş