Ukraynada yaşı 25-dən aşağı olan kişilərin səfərbər edilməsi qadağan olunub

Dünya

09.10.2024 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Sənəddə artıq cəbhədə olanların tərxis olunması nəzərdə tutulmayıb

Ukrayna Ali Radası 18-25 yaş arası kişilərin səfərbər olmasını qadağan edən qanun layihəsini təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko bildirib.

“Rada 18-25 yaşlı gənclərin səfərbər olmasını qadağan edib”, deyə Qonçarenko “Telegram” kanalında yazıb.

Bununla belə, deputat qeyd edib ki, sənəddə artıq cəbhədə olanların tərxis olunması nəzərdə tutulmayıb.

Əvvəllər Ali Radanın keçmiş deputatı Yuri Sirotyuk Rusiya ilə davam edən münaqişə səbəbindən səfərbərlik yaşının hər altı aydan bir aşağı salınmasının vacibliyini qeyd etmişdi. Sirotyukun sözlərinə görə, 2025-ci ilin əvvəlindən hərbi xidmətə çağırış 24 yaşında, münaqişə uzanarsa, 23 yaşında başlaya bilər. Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı Valeri Zalujnı isə əksinə, gənclərin səfərbər edilməsinə qarşı çıxmışdı.

Müəllif: Ayna.az