Ukraynada ticarət mərkəzi raketlə vuruldu

Dünya

27.06.2022 - 22:50

Prezident Volodimir Zelenski "Telegramda" paylaşım edib

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən ticarət mərkəzinə Rusiya ordusu iki raket zərbəsi endirib. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegramda" paylaşım edib.

Qeyd edək ki, yanan ticarət mərkəzində mindən çox adamın olduğu bildirilir.

Müəllif: Ayna.az