Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Dünya

02.07.2022 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Müharibədə ölən uşaqların sayı artmaqda davam edir

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 344 uşaq həlak olub, 640-dan çox uşaq yaralanıb.

Baş Prokurorluq əlavə edib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Zərərçəkmiş uşaqların əksəriyyəti son həftələr döyüşlərin intensiv getdiyi Ukraynanın şərq torpaqlarında - Donetsk vilayətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş