Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb

Dünya

07.08.2024 - 16:08

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb. Onlar ən azı daha 90 gün etibarlı olacaq.

AYNA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən bildirir.

Dövlət başçısı çərşənbə günü avqustun 7-də 11433 və 11434 nömrəli qanunları imzalayıb. Beləliklə, avqustun 12-dən Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılıb. Yəni sənəd ən azı 9 noyabr 2024-cü ilə qədər etibarlı olacaqlar.

Qeyd edək ki, Ukraynada bu hüquqi rejim Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri artıq 12 dəfə uzadılıb.

Xatırladaq ki, Ali Rada iyulun 23-də hərbi vəziyyətin və səfərbərliyin uzadılmasına səs verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş