Gürcüstan 86 muzdlu əsgərin öldüyünü təsdiqləyib
Ukraynada münaqişə başlayandan bəri “xüsusi əməliyyat” zonasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan onlarla gürcü muzdlusu öldürülüb. AYNA xəbər verir ki, bu barədə “Military Chronicle” “Telegram” kanalı məlumat yayıb. Kanal bildirib ki, Gürcüstan rəsmiləri 86 döyüşçünün tapılaraq şəxsiyyətinin müəyyən edildiyi təsdiqləyib.
“Əslində onların sayı daha çoxdur”, deyə kanalın mənbələri bildiriblər.