Ukraynada deputat yol qəzasında ölüb

Dünya

25.07.2025 - 10:35

Qəza İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığında baş verib

Ukraynanın İvano-Frankovsk vilayətində Ali Radanın “Səs” partiyasından olan deputatı Yaroslav Rusçinin yol qəzasında ölüb.

AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın “Fokus” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Rusçinin idarə etdiyi motosiklet traktorla toqquşub. Qəza İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığında baş verib.

Rusçinin tibb müəssisəsinə aparılarkən dünyasını dəyişdiyi bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş