Ukrayna Baş nazirinin İsveçrəyə səfəri ləğv edilib

Dünya

16.10.2024 - 07:14

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynanın Baş naziri Denis Şmıqalın İsveçrəyə rəsmi səfəri fors-major səbəblərə görə ləğv edilib.

AYNA xəbər verir ki, bu barədə “Keystone-ATS” xəbər agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İsveçrə XİN səfərin ləğvinin təfərrüatını açıqlamayıb.

Ehtimal edilirdi ki, Şmıqal oktyabrın 16-da İsveçrəyə səfər edəcək, daha sonra isə oktyabrın 17-18-də Lozannada iki ölkənin birgə təşkil etdiyi minalardan təmizləmə ilə bağlı beynəlxalq konfransda iştirak edəcək. Denis Şmıqalın İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdlə birgə mətbuat konfransında çıxışı da gözlənilirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş