Dmitri Kuleba: "Bəyanat vəziyyətin köklü dəyişməsindən xəbər vermir"
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ Prezidenti Co Baydenin amerikalıları Ukraynanı dərhal tərk etməyə çağırmasına münasibət bildirib. AYNA xəbər verir ki, bu barədə “Politics of the Country” Telegram kanalı məlumat yayıb.
XİN başçısı Baydenin bəyanatında yeni heç nə görmədiyini söyləyib: "Biz ABŞ-ın mövqeyini bilirik. Onlar belə bəyanatlar əvvəllər də veriblər. ABŞ prosesə səfirlik işçilərinin ailə üzvlərini təxliyə etməklə başlayıb. Ona görə də bu bəyanat vəziyyətin köklü dəyişməsindən xəbər vermir”.
Qeyd edək ki, Bayden bəyanatında deyib ki, silahlı münaqişənin genişlənməsi riski ilə əlaqədar ABŞ vətəndaşları dərhal Ukraynanı tərk etməlidirlər.