Ukrayna Voronejə dronlarla hücum edib

Dünya

07.08.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Yaşayış binasının bir neçə mənzilinin şüşələri sınıb, avtomobillərə ziyan dəyib

Avqustun 7-nə keçən gecə Voronej vilayəti Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Onlardan ikisi Voronejə uçub, lakin hava hücumundan müdafiə tərəfindən ələ keçirilib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə regionun rəhbəri Aleksandr Qusev deyib.

“Bir PUA düşən zaman Berezovaya Roşça küçəsindəki yaşayış binasının yuxarı mərtəbələrinin fasadına ziyan dəyib. Digər PUA-nın qalıqları Voronejdəki Leninski prospektinə düşüb. Yaşayış binasının bir neçə mənzilinin şüşələri sınıb, avtomobillərə də ziyan dəyib”, – Qusev “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb, fəsadlar əməliyyat xidmətləri tərəfindən aydınlaşdırılır.

Qubernator vətəndaşları dron qalıqları aşkar etdikdə onlara yaxınlaşmamağa və səlahiyyətlilərə məlumat verməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş