Ukrayna və Moldovanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu dəstəkləndi

Dünya

23.06.2022 - 15:13

Avropa Parlamentinin deputatları qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər

Avropa Parlamentinin deputatları Ukrayna və Moldovaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini tələb edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər.

AYNA xarici mediaya istinadən bildirir ki, qətnamənin lehinə 529, əleyhinə 45 deputat səs verib. 14 deputat bitərəf qalıb.

“Avropa Parlamenti növbəti dəfə 23 və 24 iyunda keçiriləcək Aİ sammitini Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə çağırıb. Həmçinin Gürcüstana belə statusun verilməsi üzrə işi davam etdirməyə çağırıb”, – təsdiq edilmiş qətnamənin mətnində deyilir. 

Müəllif: Ayna.az