Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından çıxıb

Dünya

01.08.2022 - 11:29

"Gəmi Odessa limanını tərk edib"

Ukrayna taxılını daşıyan ilk gəmi –yükdaşıyıcı "Razoni" gəmisi Odessa limanını tərk edib. AYNA xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

"Gəmi Odessa limanını tərk edib", - telekanalın məlumatında qeyd edilib.

Qeyd edək ki, iyulun 31-də Türkiyə Milli Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracına tezliklə başlanılacağını elan edib. Hərbi idarədən bildirilib ki, taxıl daşınması ilə bağlı texniki işlər başa çatıb və ilk gəminin yola salınması avqustun 1-nə nəzərdə tutulub.

Xatırladaq ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarının blokdan çıxarılmasına dair saziş imzalanıb.

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

Müəllif: Ayna.az