Ukrayna Saratov və Engelsdə yaşayış binalarına dronlarla hücum edib

Dünya

26.08.2024 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

Engels rayonunun Pribrejnı kəndində daha 4 fərdi evə ziyan dəyib

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Saratov və Engelsdə çoxmərtəbəli yaşayış binalarına hücum edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busarqin deyib.

Engels rayonunun Pribrejnı kəndində daha 4 fərdi evə ziyan dəyib. Hücum nəticəsində bir nəfər ağır yaralanıb.

“Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün mübarizə aparırlar”, - deyə region rəhbəri öz “Telegram” kanalında yazıb.

“ChP Saratov” xəbər ictimaiyyətinin dərc etdiyi kadrlarda dronların hündürmərtəbəli binalara çırpıldığı əks olunub. Busarqin öz növbəsində, bütün dronların hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu qeyd edib.

Ümumilikdə, Ukrayna Silahlı Qüvvələri avqustun 26-na keçən gecə Rusiya Federasiyası ərazisinə 20 pilotsuz uçuş aparatı buraxıb. Zərbə Saratov, Kursk, Belqorod, Bryansk, Tula, Oryol və Ryazan vilayətlərinə endirilib. Müdafiə Nazirliyinin məlumatına görə, bütün PUA-lar Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub.

Belqorod qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında yazıb ki, iki pilotsuz təyyarə Krasnaya Yaruqa-Vyazovoe avtomobil yolunun hissəsində minik avtomobilinə hücum edib, nəticədə iki mülki şəxs yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş