Ukrayna Rusiyanın daha bir hərbi gəmisini sıradan çıxarıb

Dünya

08.10.2024 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Baltik Donanmasının "Aleksandr Obuxov" minaaxtaran gəmisi zədələnib

Rusiyanın daha bir hərbi gəmisi - Kalininqrad vilayətinin Baltiysk şəhərində yerləşən Baltik Donanmasının "Aleksandr Obuxov" minaaxtaran gəmisi zədələnib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də gəmiyə "ağır ziyan dəyib - qaz kanalındakı dəliyin müəmmalı görünüşünə görə mühərrikə su daxil olub".

Məlumatda həmçinin qeyd olunur ki, zədələndikdən sonra gəmi əsaslı təmirə göndərilib: “Lakin onun təmiri ciddi problemlidir, çünki zədələnmiş M-503 mühərriki kifayət qədər az tapılır”.

“Gəmidə əsas qurğunun təmiri texniki cəhətdən mürəkkəb və bahalıdır. Maraqlıdır ki, zədələnən düşmən gəmisi bu yaxınlarda, bu ilin iyulunda Sankt-Peterburq şəhərində təmir edilib”, - Ukrayna xüsusi xidmət orqanları əlavə edib.

İdarədən eyni zamanda, qeyd edilib ki, döyüş gəmisinə dəyən ziyan “Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin uğurlu əməliyyatı nəticəsində” baş verib. Məlumatda bunun dəqiq necə, nə vaxt və kim tərəfindən həyata keçirildiyi bildirilməyib.

Bu, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasının son altı ayda zərərsizləşdirilən ikinci gəmisidir. Aprel ayında Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində Serpuxov raket qayığı sıradan çıxarılıb.

Ukraynaya qarşı müharibəni davam etdirən Rusiya hakimiyyətindən bununla bağlı heç bir şərh verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş