Zəbt edilən kəndlər Olqovka, Malaya Loknya və Kruqlenkoyedir
Ukrayna ordusu Kursk vilayətində daha üç kəndi nəzarətə götürüb.
AYNA xəbər verir ki, “Dünya Yuri Podolyak ilə” Kreml yönümlü “Telegram” kanalının məlumatına görə, Ukrayna ordusu Kursk vilayətində daha üç kəndi zəbt ediblər. Bunlar Olqovka, Malaya Loknya və Kruqlenkoye kəndləridir.
Plexovodakı Ukrayna hərbçilərinin fotosu da internetdə yayılıb. Lakin hələlik məlumat rəsmi təsdiqlənməyib.