Ukrayna hərbçiləri Luqanskın daha bir yaşayış məntəqəsini azad edib

Dünya

19.09.2022 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Beloqorovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

AYNA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının başçısı Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.

Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir və bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş