Ukrayna hərbçiləri Belqoroda daxil olmağa cəhd edib

Dünya

27.08.2024 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Qubernator vəziyyəti "mürəkkəb, lakin idarə oluna bilən" adlandırıb

Rusiya mənbələri Ukrayna hərbçilərinin Belqorod vilayətinə daxil olmaq cəhdi barədə məlumat yayıb. AYNA xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Qladkov Müdafiə Nazirliyinin məlumatlarına istinadən vəziyyəti "mürəkkəb, lakin idarə oluna bilən" adlandırıb.

Rusiyanın bir neçə “Telegram” kanalı Nexoteevka kəndi yaxınlığındakı sərhəd-keçid məntəqəsi və Şebekino sərhəd-keçid məntəqəsi ərazisində döyüş barədə yazıb.

Təsdiqlənməmiş məlumatlara görə, 60-dan 200-dək Ukrayna Silahlı Qüvvələrinin əsgəri 8 zirehli texnikanın dəstəyi ilə Rusiya sərhədçiləri ilə döyüşə girib. Ukrayna tərəfi bunu təsdiqləməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş