Ukrayna büdcəsinə BVF-dən təxminən 1,1 milyard dollar daxil olub

Dünya

23.12.2024 - 21:01

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 20-də Fondun İdarə Heyəti EFF proqramının altıncı baxışını təsdiqləyib

Ukraynanın dövlət büdcəsinə dörd illik Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) təxminən 1,1 milyard dollar məbləğində yeddinci tranş daxil olub.

AYNA-nın Ukrayna mediasına istinadən məlumatına görə, ölkənin Maliyyə Nazirliyi xatırladıb ki, dekabrın 20-də Fondun İdarə Heyəti EFF proqramının altıncı baxışını təsdiqləyib.

“EFF proqramının icrası zamanı Ukrayna altı baxışdan uğurla keçib ki, bu da ona proqramda nəzərdə tutulan 15,6 milyard dollardan təxminən 9,8 milyard dollar cəlb etməyə imkan verdi. Biz proqram çərçivəsində birgə müəyyən edilmiş islahatların həyata keçirilməsi üzərində fəal işləməyi davam etdiririk”, - deyə Ukraynanın maliyyə naziri Serhi Marçenko qeyd edib.

Bildirilib ki, Ukraynanın həyata keçirməli olacağı növbəti tədbirlər Ukrayna ilə BVF-nin iqtisadi və maliyyə siyasətlərinə dair birgə Memorandumunda müəyyən edilib. Xüsusilə, bu, dövlət maliyyəsini, maliyyə sektorunu, pul və məzənnə siyasətini, idarəetməni, korrupsiyaya qarşı mübarizəni və enerji sektorunu əhatə edən struktur islahatlarının davamıdır.

Maliyyə Nazirliyinin məlumatına görə, BVF-nin EFF proqramı dörd düzəliş əsasında 2025-ci il üçün 2,7 milyard dollara qədər vəsaiti nəzərdə tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş