“Bavariya” liderliyə yüksəlib

İdman

29.09.2019 - 03:47

Almaniya Bundesliqasında VI tur davam edir

 

Bu gün turun 6 oyunu keçirilib. AYNA xəbər verir ki, bu matçlar lider dəyişikliyi ilə nəticələnib. “Leypsiq” öz meydanında “Şalke”yə uduzaraq zirvəni əldən verib. Helzenkirhen təmsilçisi, həmçinin növbəti qələbəsini qazanan Mönhenqladbax “Borussiya”sı leypsiqlilərə çatıb.

 

Nəticədə “Bavariya” çətin səfər qələbəsi ilə 1-ci pilləyə qalxıb. Münhen təmsilçisi autsayderi 3:2 hesabı ilə yenib. Dortmund “Borussiya”sı isə “Verder”lə ev matçında xal itkisindən qaça bilməyib.

 

Qeyd edək ki, tura sentyabrın 29-da yekun vurulacaq.

 

Almaniya Bundesliqası
VI tur
28 sentyabr


“Mayns” – “Volfsburq” – 0:1

Tisserand, 9


“Auqsburq” – “Bayer” – 0:3

Niderlexner, 34 (avtoqol), Volland, 76, Haverts, 84


“Leypsiq” – “Şalke” – 1:3

Forsberq, 83 – Sane, 29, Harit, 43 (pen.), Matondo, 58


“Paderborn” – “Bavariya” – 2:3

Proger, 68, Kollinz, 83 – Qnabri, 15, Koutinyo, 55, Levandovski, 79

 

“Hoffenhaym” – “Borussiya” M – 0:3

Plea, 43, Turam, 65, Neuhaus, 83


“Borussiya” D – “Verder” – 2:2

Gotze, 9, Roys, 41 – Raşitsa, 7, Fridl, 55

 

Müəllif: Ayna.az