Tramp helikopterə minmək üçün gedərkən qəfil dayanıb
ABŞ prezidenti Donald Tramp növbəti dəfə həyat yoldaşı Melaniya Trampı qəribə vəziyyətdə qoyub.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, helikopterlə işgüzar səfərə çıxmağa hazırlaşan Tramp xanımı ilə yanaşı addımlamağı unudub. Melaniyanı arxada qoyan Tramp helikopterə minmək üçün gedərkən qəfil dayanıb və həyat yoldaşının gəlməsini gözləyib.
M. Tramp ona çatdıqdan sonra hər ikisi birlikdə helikopterə əyləşib.