Üçüncü Şuşa Qlobal Media Forumu panellərlə davam edir

Xəbərlər

20.07.2025 - 11:54

Forum sabah başa çatacaq

“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Medianın Dayanıqlılığının Artırılması” mövzusuna həsr olunan III Şuşa Qlobal Media Forumu davam edir.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Forum çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” paneli başlayıb.

Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.

Forum iyulun 19-da başlayıb, iyulun 21-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş