Hadisə yerinə polis əməkdaşları cəlb olunub
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, “KaMAZ” markalı yük maşını qəzaya uğrayıb.
Belə ki, hərəkət trayektoriyasını itirən avtomobil yoldan çıxaraq aşıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.
Xoşbəxtlikdən, qəza nəticəsində ölən və ağır xəsarət alan olmayıb.