Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Hadisə

27.07.2024 - 13:27

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb

Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş