Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Ucarda evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, rayonun Çiyni kəndində ümumi sahəsi 160 kvadratmetr olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 kvadratmetr sahədə və ev əşyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.