"Twitter"in işində nasazlıqlar yaranıb

Xəbərlər

23.10.2020 - 03:28

İstifadəçilərin 66 faizi saytın işində nasazlıqların olmasını bildirir

 

"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.

 

AYNA-nın məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

 

Nasazlıqlar ən çox ABŞ-da, Malayziya və Braziliyada qeydə alınıb.

 

İstifadəçilərin 66 faizi saytın işində nasazlıqların olmasını bildirir, 21 faiz istifadəçi “iPhone” və “iPad” cihazları üçün tətbiqlərdə, 12 faiz istifadəçi isə hesaba daxil olmaqda problemlərlə qarşılaşıb

Müəllif: Ayna.az