TÜRKSOY nümayəndələri Ağdam və Füzuliyə səfər ediblər

Xəbərlər

17.01.2021 - 21:18

Onlar vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarına  baxıblar

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonundan sonra Füzuli rayonuna səfər edib.

 

AYNA xəbər verir ki, əvvəlcə Şuşa yolunun tikinti işləri ilə tanış olan nümayəndə heyəti, daha sonra Füzuli şəhərinə gedərək ermənilərin 28 il talan edib, viran qoyduğu  şəhərinin qalıqları ilə tanış olublar.

 

Vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarına  baxıblar.

Müəllif: Ayna.az