Osman Məstan: "Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi"
“Azərbaycanda seçkilər konsitutisiyaya uyğun aparıldı”. AYNA xəbər verir ki, bu sözləri Türk Parlamentləri Assambleyasının (TÜRKPA) Beynəlxalq Münasibətlər və hüquq komissiyasının sədri Osman Məstan Azərbaycanda keçirilən növnədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
“Hər bir namizədə bərabər şərait yaradıldı. Azərbaycanda ərazi bütövlüyünün, suverenliyin bərpasından sonra seçki keçirilməsi tarix hadisədir. Biz həmçinin o ərazilərdə Şuşada, Xankəndidə müşahidələr apardıq. Seçki prosessi çox şəffaf həyata keçirildi. Nəticələrlə bağlı xalq məlumatlandırıldı. Missiyamız seçki prosessinin yaxşı təşkil edildiyini müşahidə etdi. Burada beynəlxalq müşahidəçilər üçün hər bir şərait yaradıldı. Bu seçki prosessinin beynəlxalq hüquqa, qanuna uyğun həyata keçirildiyini qərarını verdik”, - deyə o bildirib.