Tədbir “Anıttepe” Parkında konsert proqramı ilə davam edib
Türkiyənin Mersin şəhərinin Toroslar qəsəbəsində Azərbaycanın Zəfər Günü ilə bağlı böyük tədbir keçirilib. AYNA-nın xəbərinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi münasibətilə keçirilən tədbirdə Toroslar bələdiyyəsinin sədri Atsız Afşin Yılmaz, Azerbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev, Çağ Universitetinin müəllimi Murat Koç, Yeditepe Universitetinin müəllimi Turac Əliyeva, Sütçü İmam Universitetinin müəllimi Mərziyə Məmmədli və digər şəxslər iştirak ediblər.
Çağ Universitetinin müəllimi, Xaləddin İbrahimlinin aparıcılığı ilə keçirilən tədbirdə Qarabağda qələbəyə aparan yol, Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq birləkdəliyi haqqında fikirlər səsləndirilib.
Çıxışçılar qeyd ediblər ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır və daim qardaş ölkələr hər sahədə birlikdəlik nümayiş etdirəcəklər.
Tədbirə onlayn formada qoşulan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın möhtəşəm qələbəsindən danışıb.
Daha sonra Zəfər Günü “Anıttepe” Parkında konsert proqramı ilə davam edib. Azərbaycanın Xalq artisti Azərinin “Çırpınırdı Qaradəniz” mahnısı coşqu ilə qarşılanıb.


