Türkiyənin cənub-şərqində yağış daşqınlar yaradıb

Dünya

21.04.2026 - 22:31

Təcili yardım xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib

Türkiyənin cənub-şərqində şiddətli yağışlar böyük daşqınlar yaradıb. Ən çox zərər çəkən əyalətlərdə suyun səviyyəsi o qədər yüksəlib ki, avtomobillər damlarına qədər su altında qalıb. Bu barədə AYNA.AZ türkiyə mediasəına istinadən bildirir.  

Hakimiyyət orqanları təcili yardım xidmətlərini yüksək hazırlıq vəziyyətinə gətirib.

Bildirilib ki, daşqınlar daha çox Adıyaman və Şanlıurfaya ziyan verib.

Xilasedicilər insanları qapalı qalan evlərdən təxliyə etmək üçün qayıqlardan istifadə edirlər. Tələfat və dəymiş ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş