Türkiyənin Balıkesir şəhərində Yunanıstanın Midilli adasına keçmək istəyən 24 qanunsuz miqrant saxlanılıb.
AYNA Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizlik xidmətindən bildirilib.
Qeyd olunub ki, onlardan 10-u uşaqdır.
Saxlanılan qanunsuz miqrantlar haqqında hüquqi prosedur başladılıb.