Türkiyədə zəlzələdə ölənlərin sayı 284-ə çatıb

Xəbərlər

06.02.2023 - 11:46

Zəlzələ nəticəsində 1710 bina dağılıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.

Müəllif: Ayna.az