Yanğınsöndürənlər binadakı sakinləri təxliyə ediblər
Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda 15 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 15 sakin və 4 yanğınsöndürən tüstüdən zəhərlənib.
Bu barədə AYNA “Haber Global”a istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə 2-ci mərtəbədəki mənzildə, naməlum səbəbdən baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Yanğınsöndürənlər binadakı sakinləri təxliyə ediblər.
Tüstüdən zəhərlənənlər təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.