Türkiyədə terrorçulara qarşı irimiqyaslı əməliyyat keçirilib

Dünya

17.08.2024 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat zamanı 200-dən çox şübhəli şəxs saxlanılıb

Türkiyədə terror qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyat keçirilib. AYNA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 36 rayonda keçirilən “Gürz-8” əməliyyatı çərçivəsində ümumilikdə 222 şəxs saxlanılıb.

Əməliyyat nəticəsində, həmçinin sənədsiz tapança və ov tüfəngləri, müxtəlif valyutalar, elektron vasitələr ələ keçirilib.

A.Yerlikaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş