Türkiyədə silah istehsalı zavodunda partlayış: 12 nəfər ölüb - VİDEO

Dünya

24.12.2024 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Partlayışın səbəbi hələlik məlum deyil: “Təxribatdan söhbət getmir”

Türkiyənin qərbindəki Balıkesir vilayətində partlayıcı maddələr zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb. AYNA “CNN Türk”ə istinadən bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, daha üç nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, onu qonşu kəndin sakinləri də eşidiblər. Partlayışdan sonra binanın damı uçub. Dağıntılar altında olan insanların axtarışı davam edir.

Xilasetmə işlərinə 112 təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb olunub. Partlayış istehsal müəssisəsində baş verib.

Məlumata görə, orada hər növbədə 20 nəfər işləyirmiş. Əyalət valisi İsmayıl Ustaoğlu bildirib ki, yeni partlayış riski yoxdur.

Partlayışın səbəbi hələlik məlum deyil. Amma rayon rəhbərinin sözlərinə görə, “təxribatdan söhbət getmir”. Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.

Şirkətin saytında verilən məlumata görə, zavod digər məhsullarla yanaşı, ovçuluq və idman üçün döyüş sursatları və mülki istifadə üçün partlayıcı maddələr də istehsal edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş