20-dən çox sərnişin xəsarət alıb
Türkiyənin Aksaray vilayətində sərnişin avtobusunun aşması nəticəsində 20-dən çox insan xəsarət alıb. AYNA xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd olunub ki, qəza bu gün yerli vaxtla saat 7:00 radələrində Acıpınar kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, sürücü idarəetməni itirib. Hadisə yerinə çoxlu sayda polis, tibb və yanğınsöndürmə briqadaları gəlib.
Avtobus Türkiyənin qərbindəki Balıkesir vilayətindən Kapadokiyanın görməli yerləri ilə məşhur olan Nevşehir vilayətinə sərnişin aparırmış.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.