“Liverpul” “Mançester Siti”ni məğlub edib

İdman

11.11.2019 - 00:52

İngiltərə Premyer Liqasında XII tur başa çatıb

 

Turun son günündə 3 oyun keçirilib. AYNA xəbər verir ki, turun mərkəzi oyununda çempionatın lideri “Liverpul”la son çempion “Mançester Siti” qarşılaşıb. Mersisaydlılar ev qarşılaşmasından üç xalla ayrılıblar.

 

Digər iki görüşdə də meydan sahibləri qalib gəliblər. “Mançester Yunayted” “Brayton”, “Vulverhempton” “Aston Villa” ilə görüşdə qələbə qazanıb.

 

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 23-24-də keçiriləcək.

 

İngiltərə Premyer Liqası

XII tur

10 noyabr


“Mançester Yunayted” – “Brayton” – 3:1
Pereyra, 14, Propper, 19 (avtoqol), Reşford, 66 – Dunk, 64


“Vulverhempton” – “Aston Villa” – 2:1
Nevas, 41, Ximenes, 84 – Trezeqe, 90


“Liverpul” – “Mançester Siti” – 3:1
Fabinyo, 6, Salah, 13, Mane, 51 – B.Silva, 79

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə