FİFA futbolçulara mövsümdə 3 klubda oynamaq icazəsi verib

İdman

11.06.2020 - 22:30

Həkimlər Klinikalar SEO Xidməti

Bu addım oyunçuların işsizlik riskini azaltmaq üçün atılıb

 

FİFA müvəqqəti tənzimləmə dəyişikliklərini elan edib.

 

AYNA-nın Apaspot.az-a istinadən məlumatına görə, ali futbol qurumu futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verib.

 

Bu addım oyunçuların işsizlik riskini azaltmaq üçün atılıb. Buna qədər FİFA-nın qaydalarına əsasən, bir futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi matçlarda meydana çıxa bilərdi.

 

Eyni zamanda, futbol assosiasiyalarına müəyyən şərtlərlə cari mövsümün sonuna qədər 2020/21 mövsümü üçün ilk qeydiyyat dövrünü açmaq icazəsi verilib.

Müəllif: Ayna.az