Avro-2020-nin biletləri qaytarılır

İdman

18.03.2020 - 01:55

Təxirə salınan yarışı izləmək bir sıra azarkeşin planlarına uyğun gəlməyə bilər

 

UEFA Avro-2020-nin oyunlarını izləmək üçün alınan biletlərin geri qaytarılacağının mümkün olduğunu  açıqlayıb.

 

AYNA xəbər verir ki, qitə futbol qurumunun məlumatına görə, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışı izləmək bir sıra azarkeşin planlarına uyğun gəlməyə bilər.

 

Bu səbəbdən bilet alan şəxslər istədiyi halda onu geri qaytara bilər. Qeyd olunub ki, əgər fanatlar 2021-ci ildə oyunlara gedə bilməsə, ödədikləri vəsait onlara tam şəkildə qaytarılacaq.

 

Xatıradaq ki, Avro-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

Müəllif: Ayna.az