Türkiyədə meşə yanğını ilə bağlı son vəziyyət

Xəbərlər

22.06.2022 - 23:42

Yanğın dünən axşam saatlarında başlamışdı

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda baş verən meşə yanğını böyük ölçüdə nəzarət altına alınıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib. O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.

Qeyd edək ki, yanğın iyunun 21-də saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.

Müəllif: Ayna.az