Türkiyədə kütləvi zəhərlənmə olub

Xəbərlər

13.07.2025 - 09:09

Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb

Türkiyənin qərbində yerləşən Aydın vilayətindəki kağız fabrikində təxminən 50 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.

AYNA.AZ-ın məlumatına görə, bu barədə DHA agentliyi xəbər verib.

"Fabrikdə nahar etdikdən sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb", - agentlik bildirir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş