Türkiyədə İŞİD üzvləri saxlanılıb

Dünya

18.07.2025 - 13:38

Ölkənin 28 vilayətində və iri şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı keçirilib

Türkiyədə son iki həftə ərzində İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində ölkənin daxili işlər naziri Ali Yerlikaya yazıb.

Nazirin sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi iri şəhərlərdə keçirilən genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıb.

“Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirakda, onunla əlaqəli psevdohumanitar strukturları maliyyələşdirməkdə və sosial şəbəkələrdə terror təbliğatı aparmaqda şübhəli bilinirlər”, - Yerlikaya qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş