Malatya vilayətində 5,9 bal gücündə zəlzələ qeydə alınıb
Türkiyənin Malatya vilayətində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. AYNA-nın xəbərinə görə, bu barədə məlumatı AFAD yayıb.
Yeraltı təkanların Diyarbəkir, Tunceli və Elazığda da hiss olunduğu qeyd edilib.
Zəlzələ 10 km dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.